2023:Proqram/Təqdimatlar
16–19 Avqust 2023, Sinqapur və onlayn
Müxtəliflik. Əməkdaşlıq. Gələcək.
Mövzu
Vikimaniya 2023-ün mövzusu Müxtəliflik, Əməkdaşlıq, Gələcək-dir. Onun çox məqsədlərlə kəsişən olması nəzərdə tutulur və bu, bütün proqramlaşdırma ideyalarına məqsəd kimi tətbiq edilir. Təqdimatınız bunlardan ən azı birinə uyğun olan elementləri ehtiva etməlidir. Vikimediada hər gün gördüyümüz işlərin çoxu (layihələrdə və ya icmada) artıq mövzunu əks etdirir və ESEAP Regional Əməkdaşlığının müəyyən etdiyi və fəaliyyət göstərdiyi üsuldur.
- Müxtəliflik. Vikimaniya ESEAP kimi nümunəvi regional və tematik qrupları nümayiş etdirmək imkan yeri olacaq. Burada müxtəlif inkişaf mərhələlərində və müxtəlif mədəniyyətlərdən olan müxtəlif könüllü qruplar, fərdlər və bölmələr yaxından iştirak edir və ədalətli şəkildə əməkdaşlıq edirlər.
- Əməkdaşlıq. Paylanmış, qlobal tədbir olaraq Vikimaniya bir-birindən öyrənmək və icma təşəbbüsləri, alətlərdən istifadə, tədbirlərin təşkili, idarəçilik, onlayn kampaniyalar və redaktə etmək, viki ilə bağlı problemlərin həlli və s. kimi bilikləri bölüşmək üçün bir yol olacaqdır.
- Gələcək. Wikimania 2023 Vikimedia hərəkatı strategiyası–2030 (#Wikimedia2030) və texnologiyadan tutmuş bütün dünyada siyasətə qədər hərəkatımızın üzləşdiyi digər cari və gələcək prioritetləri müzakirə etmək üçün bir forum olaraq bir çox Vikimediaçılar üçün əhəmiyyətli olacaq.
İstiqamətlər
Proqram təqdimatlarının təşkilini və nəzərdən keçirilməsini asanlaşdırmaq üçün könüllülərdən ibarət Proqramlaşdırma alt komitəsinin köməyi ilə biz 11 proqram istiqaməti təklif etdik. Kateqoriyalar və onların alt kateqoriyaları haqqında ətraflı məlumat üçün aşağıya baxın. Hansının sizin proqram ideyanıza ən uyğun olduğunu müəyyənləşdirin. Təqdimatınızın birdən çox istiqamətə aid olduğunu düşünürsünüzsə, təqdimat formasında ikinci istiqaməti təyin edə bilərsiniz.
Proqram istiqaməti | Açıqlama | Alt kateqoriyalar / təklif olunan mövzular |
---|---|---|
İcma təşəbbüsləri | Bu istiqamət bölmələri və icmaları məzmun inkişaf kampaniyalarını və proqramlarını təqdim etməyə təşviq edir. | ■ Kampaniyalar
■ Redaktə müsabiqələri |
Təhsil | Bu istiqamət təhsil və akademiya sahəsində təşəbbüslər və proqramlar üçün məkan təmin edir. | ■ Vikipediya sinif otağında
■ Təhsil müəssisələri və ya müəllimlər birliyi ilə əməkdaşlıq |
Bərabərlik, inklüzivlik və icma sağlamlığı | Bu istiqamət cəmiyyətin sağlamlığını yaxşılaşdırmaq yolları kimi bərabərlik, inklüzivlik və mənsubiyyət və s. mözuları müzakirə etmək üçün məkan təqdim edir. | ■ Müxtəliflik əsaslı müzakirələr ■ Bərabərlik, inklüzivlik və aidolma ■ Bilik bərabərliyi ■ İstifadəçi interfeysinin əlçatanlığı ■ Dillər (və tərcümələr) ■ Gender boşluğu və digər gender müxtəlifliyi mövzuları ■ Məhdud/paylaşılan infrastrukturlu ölkələrdə IP-ünvan diapazonu bloklamaları ■ Vikimedia Universal Davranış Kodeksi (UCoC) ■ Könüllü töhfə verənlərin təhlükəsizliyi |
ESEAP (Şərqi, Cənub-Şərqi Asiya və Sakit Okean) Regionu | Bu istiqamət Şərq, Cənub-Şərqi Asiya və Sakit Okean Regionu ilə əlaqəli məzmunun və ya narahatlıqların təkmilləşdirilməsində bölmələrin, icmaların və fərdi töhfə verənlərin təşəbbüslərinin vurğulanması üçün nəzərdə tutulub. | ■ ESEAP ölkələrində multikultural əməkdaşlıq ■ İcma inkişafı ■ Kiçik və inkubatorda olan Vikimedia layihələrində potensialın inkişafı |
"GLAM", irs və mədəniyyət | Bu istiqamət irs və mədəni mühafizə sahəsində təşəbbüslər və proqramlar, Qalereyalar, Kitabxanalar, Arxivlər və Muzeylər (GLAM) daxil olmaqla mədəniyyət qurumları ilə əməkdaşlıq üçün məkan təmin edir. | ■ Rəqəmsallaşdırma proqramları ■ Açıq girişin müdafiəsi ■ Yerli icmalarla işləmək |
İdarəetmə | Bu istiqamət idarəetmə, strukturlar və islahat, Hərəkat Strategiyasının əsas təşəbbüsləri ilə bağlı icma müzakirələrini dəstəkləyir. | ■ Hərəkat nizamnaməsi ■ Regional və mövzulu qovşaqlar ■ Hərəkatda rol və məsuliyyətlər ■ Qərarvermə prosesləri ■ Vikimedia Qlobal Şurası ■ İnzibati xarakterli idarəetmə (layihələr, icma, bölmələr) |
Hüquqi, vəkillik və risklər | Bu istiqamətə müəlliflik hüquqları və rəqəmsal əlyetərlilik kimi müəyyən müzakirə mövzuları və dünyada artan senzura və dezinformasiya kimi yeni ortaya çıxan problemlər, həmçinin dövlət siyasəti və insan hüquqları daxildir. | ■ Vikipediyanın bəzi ölkələrdə bloklanması ■ Dezinformasiya ■ Senzura ■ Hüquqi təhdidlər, silmə tələbləri ■ Hökumət əlaqələri ■ Müəlliflik hüququ islahatları (panorama azadlığı, azad lisenziyalar və s.) ■ Rəqəmsal əlyetərlilik ■ Ekoloji davamlılıq və iqlim böhranı |
Açıq məlumatlar | Bu istiqamət məlumatların istifadəsi və təkrar istifadəsi və müxtəlif Vikimedia layihələrini bir-biri ilə əlaqələndirən və eləcə də daha çoxunu edən icma təşəbbüsləri üçün yol açır. | ■ İctimaiyyət üçün açıq olan statistik məlumatlar ■ Məlumatlardan istifadə/təkrar istifadə ■ Açıq məlumatlar və şəffaflıq ■ Coğrafi məlumatların, sosial-iqtisadi məlumatların, demoqrafik məlumatların bir-biri ilə əlaqələndirilməsi ■ Vikiverilənlər və ya Vikianbarda strukturlaşdırılmış məlumat |
Tədqiqat, elm və tibb | Bu istiqamət Vikimedia və Vikimaniya mövzusuna aid mövzularla bağlı tədqiqat işlərinə ev sahibliyi edir. Bu, həmçinin elm, təbiət və tibb sahələrində müxtəlif məzmunlu təşəbbüsləri müzakirə etmək üçün məkandır. | ■ Ekoloji tədqiqatlar və iqlim böhranı
■ Məzmuna töhfə verən davranış nümunələri üzrə araşdırmalar |
Texnologiya | Vikimedia hərəkatında hər şeyi — məhsul və texnologiyanın müzakirəsinə həsr olunmuş klassik istiqamət. | ■ Ən son məhsullar və xüsusiyyətlər ■ Alətlərin nümayişi və ya dərsliklər ■ İnkişaf və ya sınaq mərhələsində olan alətlər ■ Texnoloji yeniliklər |
Çılğın ideyalar | Vikimediyaçılar üçün gələcəyin çılğın ideyalarını və proqnozlarını müzakirə etmək üçün gələcəyə yönəlmiş açıq yol... yaxşı və ya pisə doğru. | ■ Yaxın və ya uzaq gələcəkdəki ssenarilər ■ Qara güzgü ssenariləri ■ Süni intellektin etikası və maşın öyrənməsi ■ Çat robotu idarəni ələ keçirir!!! |
Təqdimat növləri
Bir neçə formatda, o cümlədən mühazirələr, panel təqdimatları, müzakirələr və bacarıqların inkişafına yönələn seminarlar keçiriləcək. Həmçinin ildırımsürətli danışıqlar və qarşılıqlı sosial əlaqə seansları olacaq. Biz həmçinin yeni və orijinal proqram formatı ideyalarına, o cümlədən bu növlərin birləşməsinə açığıq.
Hibrid, peyk tədbirləri, tələb olunan videolar
Hərəkət qrupları hər gün xüsusi vaxtlarda Sinqapur ilə canlı əlaqə yaratmaq imkanı ilə öz-özünə təşkil edilən izləmə partiyaları və digər uzaq tədbirlər barədə düşünə bilərlər. İcmadakı heç də hər kəs digər Vikimediaçılarla əlaqə saxlamaq üçün səyahət edə bilmir və ya səyahət etmək istəmir. Siz və sizin həmkarlarınız Vikimaniyanın müəyyən bir günü və ya vaxtı ərzində peyk tədbiri təşkil edə bilərsiniz. Vikimedia bölmələri üçün peyk tədbirləri Ümumi dəstək fondlarının bir hissəsi kimi planlaşdırıla və maliyyələşdirilə bilər. Başlanğıcda təklif kimi daxil edilməsə belə, büdcənizdə vəsaitlərin köçürülməsi tədbir yaratmaq üçün mümkün ola bilər. Buradan ətraflı məlumat əldə edin və lütfən, fikirləri əvvəlcədən müzakirə etmək üçün həmin müzakirə səhifəsindən istifadə edin.
Sualınız var?
Sizin üçün tez-tez verilən suallar səhifəsi yaratdıq. Əgər başqa suallarınız varsa və onları tez-tez verilən suallarda tapa bilmirsinizsə, proqram alt komitəsinin wikimaniawikimedia.org ünvanına e-poçt göndərə və ya suallarınızı kömək səhifəsinə səhifəsinə əlavə edə bilərsiniz.